Azərbaycanİran

İranlı deputat: “Qarabağ ənənəvi olaraq Ermənistana məxsusdur”

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Şəhriyar Heydəri:

“Azərbaycan regiondankənar ölkələrin və sionist rejimin imkanlarından istifadə edərək Ermənistan üzərində hərbi üstünlük əldə edib. Bu hərbi güc onun istədiyi yeri işğal etməsinə əsas vermir”.

O, habelə cəfəng fikirlər irəli sürüb:

“Qarabağ ənənəvi olaraq Ermənistana məxsusdur və insanların Ermənistan ərazisinə qaçması Azərbaycan ordusunun onları atəşə tutması və hücumu ilə bağlıdır. Bu, Qarabağda ermənilərin öz mahiyyətini və kimliyini itirməsi demək deyil, çünki bura ənənəvi olaraq həmişə Ermənistana məxsus olub, lakin ermənilər coğrafi blokadaya düşüblər”.

“Bu gün Azərbaycan Qarabağı blokadaya görə çətin vəziyyətə salıb və Qarabağ dörd tərəfdən mühasirədədir…” – deyə ermənipərəst millət vəkili sərsəmləyib.

#Qarabag #Ermənistan #İran

Related Articles

Bir cavab yazın

Back to top button