İran

Azərbaycanlı alim Aydın Muradxanı həbs olunub

Urmu şəhərində azərbaycanlı gənc bilim adamı Aydın Muradxani tutuqlanıb. Marsın 25-i səhər saat 10-da həbs olunan Muradxaninin hansı ittihamla təqsirləndirilməsi barədə bilgi verilməyib. Məlumata görə, İranın əmniyət məmurları bilim adamının evinə basqın edib və onu bilinməyən yerə aparıb. Onun evində axtarış aparılıb. Məmurlar Muradxaninin şəxsi əşyalarını, o cümlədən kompüterini, telefonunu və elmi yarışlarda qazandığı medalları götürüblər. Bilim adamının atası oğlunun durumu ilə bağlı bilgi əldə etməyə çalışsa da, buna nail ola bilməyib. Hətta o, Urmu şəhərinin Əmniyət İdarəsinə çağırılıb və oğlunun ilişkiləri ilə bağlı dindirilib. Bildirək ki, Aydın Muradxani İran Təhqiqatçılar Birliyinin üzvüdür və istedadlı bilim adamı kimi tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button