İran

İranlı iqtisadçı hökuməti tənqid edib: “Siz xalqın məişətini yaxşılaşdırın, xalq öz borcunu yerinə yetirər”

İqtisadiyyat üzrə universitet müəllimi Fərşad Mömini hökumətin cəmiyyətə “övlad çoxaltmaq və evlənmək” təbliğatına etirazını bildirib:

İnkişafa doğru hərəkət olmazsa, sabitliyin pozulması və sarsıdıcı qeyri-bərabərlik yaranar, xarici ölkələrdən zillətli asılılıq, yoxsulluq, genişmiqyaslı və ümumi fəlakət törənər. Siz xalqa hey deyirsiniz ki, evlənin və mümkün qədər ölkəyə çoxlu övlad gətirin.

Bu iş boşboğazlıqla olmur. Siz ölkə iqtisadiyyatını ağılsız siyasətlərlə darmadağın etmisiniz. Siz xalqın məişətini yaxşılaşdırın, xalq dünyaya övlad gətirmə borcunu yerinə yetirər”.

Qeyd edək ki, İranın yüksək vəzifəliləri və rəhbəri Əli Xamenei İran cəmiyyətinin qocalmaqda olduğunu deyərək xalqa evlənmək və mümkün qədər övlad dünyaya gətirmək tövsiyə və tibliğ edirlər.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button