İran

İranlı millət vəkili: Ermənistan bizim üçün güc mənbəyidir

"Ermənistan anti-İran sanksiyalarını zərərsizləşdirmək üçün bir fürsətdir".

“Ermənistan anti-İran sanksiyalarını zərərsizləşdirmək üçün bir fürsətdir”.

İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini İran parlamentarilərindən ibarət nümayəndə heyətinin Ermənistana səfərinin iqtisadi, siyasi və enerji mübadiləsinin inkişaf etdirilməsi sahəsində əldə etdiyi nailiyyətlərə toxunaraq deyib: Regionda çoxlu imkanlar var və Ermənistan İrana qarşı sanksiyaları aradan qaldırmaq üçün ən unikal imkanlardan biridir.

“Aznews tv”ın xəbərinə görə, Ara Şaverdyan “İCANA”ya müsahibəsində İran və Ermənistanın qədim qonşuluq münasibətlərini xatırladıb: İki ölkə əlaqələrində eniş-yoxuşlara baxmayaraq, Ermənistan İranın 15 qonşu dövlətindən biridir, hansı ki, beynəlxalq forumlarda fəal iştirak edir və həmişə İran İslam Respublikasının xeyrinə səs verir, ona görə də bizim üçün güc mənbəyidir.

İran parlamentinin erməni millət vəkili bildirib: Ermənistana səfərimiz zamanı iki ölkə arasında əlaqələrin inkişafı və Hind okeanından, Oman dənizindən və Çabahar limanından Qərbi və Şərqi Azərbaycan vilayətlərinə və buradan Ermənistana keçməklə Gürcüstana, Qara dənizə və Mərkəzi Avropaya qədər uzanan Cənub-Şimal dəhlizinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sözügedən marşrutun İranın podratçı şirkətlərinin köməyi ilə inkişaf etdirilməsi və Ermənistan vasitəsilə Avrasiya İttifaqı və Avropa Birliyi ölkələrinə ixracın artırılması qərara alınıb.

Qeyd edək ki, Bakıya səfərləri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən və bütün bölgə ölkələrinin mənafeyini təmin edən “3+3” projəsini dəstəklədiklərini bildirən İran rəsmiləri İrəvana səfərləri zamanı isə nədənsə bu fikirlərini unudaraq sözügedən projəyə tamamilə zidd olan Cənub-Şimal dəhlizi projəsini müzakirə etməyə başlayırlar. Bu isə İran rejiminin regionda həmişəki kimi ikibaşlı oynadığını göstərən ən bariz nümunələrdən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button