İran

İranlı səfir: “Hər bir koreyalı 24 iranlıya bərabər işləyir və onların çox az gözləntiləri var”

İranın Avstraliyadakı keçmiş səfiri Məhəmməd Həsən Qadiri Abyaneh:

“Bəziləri yaşayış şəraitini deyəndə Cənubi Koreyanı misal gətirir. Koreyalı nə qədər işləyir, iranlı nə qədər işləyir? Hər bir Koreyalı 24 iranlıya bərabər işləyir, amma gözləntiləri çox aşağıdır və 15, 17 metrlik mənzillərdə yaşayırlar.

Yaşayış şəraitini Koreya, Yaponiya və Almaniya ilə yox, Pakistan və Banqladeşlə müqayisə edin. Onda görəcəksiniz ki, biz onlardan qat-qat gözəl yaşayırıq”.

Cənubi Koreyada aylıq orta əməkhaqqı 3106 dollardır, İranda isə 455 dollar.

Tehranda birotaqlı mənzilin kirayəsi 422-726 dollar arasında dəyişir, şəhərin mərkəzi hissəsinə yaxınlaşdıqca qiymət artır. Daşınmaz əmlakın bir kvadratmetri 1655 dollardan başlayır. Təbrizdə isə yaşayış sahəsinin satışının kvadrat metri 700 dollardan başlayır.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button