İran

İraq SEPAH-ın Ərbilə artilleriya hücumunu pisləyib

İraqın Xarici İşlər Nazirliyi mayın 11-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkənin Kürdüstan vilayətinin Ərbil şəhərinə artilleriya hücumunu qınayıb.

Sözügedən nazirlik ölkənin Ana Qanununa əsaslanaraq bildirib ki, heç kimin qonşu ölkələri təhdid etmək üçün İraq torpağından keçid yaxud mərkəz kimi istifadə etməyə haqqı yoxdur.

Xatırladaq ki, dünən İran mediası Sepah-ın Quru Qoşunlarının İraqın Ərbil şəhərinə artilleriya hücumu etməsi barədə məlumat yaymışdı. İranın yerli mediasının iddiasına görə, Sepah bu hücumu terror qruplaşmalarının qərargahlarını vurmaq üçün həyata keçirib.

Dünyanın ən böyük terror qruplaşmaları dəstəkçisi bir ölkənin digər ölkələrdə guya terrorist qrupların qərargahlarını vurma iddiası doğurdan da gülünc və absurddur.

Related Articles

Bir cavab yazın

Back to top button