BölgəDünya

İraqda DAİŞİN hücumu zamanı 7 nəfər ölüb, onlarla yaralı var

İraqın şimalında dəfn mərasiminə silahlı hücum nəticəsində azı 7 nəfər öldürülüb, daha 17 nəfər yaralanıb.
“ANT” xəbər verir ki, bu barədə yerli “Al Sumaria” telekanalı bildirib.
Məlumata görə, hücum Salah-əd-Din əyalətində, Yasrib şəhəri yaxınlığında Bağdaddan 45 kilometr şimalda DAİŞİN teror qruplaşmasının silahlıları tərəfindən törədilib.
Qeyd edilir ki, terorçular ayinlər üçün icarəyə verilən xidməti avtomobilə hücum ediblər. Ölənlər arasında təşkilatın əməkdaşları, dinc sakinlər, habelə İraqın təhlükəsizlik xidmətinin nümayəndələri də var.
Yerli hakimiyyət orqanları təqsirkarları qısa müddətdə tapmağı və cəzalandırmağı söz verərək, hadisənin araşdırılmağa başladığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button