Bölgəİran

İraqda etirazçılara qarşı İranın qaz qumbaraları istifadə edilir

İraqda etirazçıların dağıdılması üçün istifadə edilmiş və insanların ölümünə səbəb olmuş CS gözyaşardıcı qaz qumbaralarının bir hissəsi İranda istehsal edilib.

Aznews.tv xəbər verir ki, bu Amnesty İnternational təşkilatının hesabatında qeyd edilir.

M651 və M713 modifikasiyalı qumbaralar İranın müdafiə sənayesi təşkilatının nəzarəti altında isthesal edilib.

Həmçinin qumbaraların bir hissəsi Serbiyada istehsal olunub.

Amnesty İnternatioal İraq hökümətini dərhal bu qumbaraların isifadəsini dayandırmağa çağırıb.

“İstfadəsi insanların ölümünə və yralanmasına gətirib çıxaran qaz qumbaraları istintaqobyekti olmalıdır”, – deyə hesabatda qeyd edilir.

Qeyd edək ki, İraqda hökümətə qarşı etirazlar oktyabrın 1-dən davam edir.

İraq xalqı işsizlik və rüşvətə eitraz edirlər.

BMT-nin məlumatına əsasən, İraqda etirazlar başlayandan bu yanadək artıq 254 nəfər həlak olub, minlərlə insan yaralanıb.

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close