Dünya

“İsveçin NATO-ya daxil olması sadəcə arzudur”

"İsveçin NATO-ya daxil olması Ankaranın tələblərini yerinə yetirməkdən imtina edən Stokholmun arzusudur". Bunu “Milliyet” qəzetinə müsahibəsində Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

“Türkiyə, İsveç və Finlandiya arasında üçlü razılaşma var. Onlar təxribat xarakterli hərəkətlər edəcək və NATO-ya üzv olmaq üçün icazə istəyəcəklər.

Bağışlayın, amma Türkiyə sözə cavabdeh olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə etsin, bunu yerinə yetirir.

Lakin biz həm də tərəf müqabillərimizin verdiyi sözə əməl etmələrini istəyirik. Vədlərinə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək sadəcə arzudur”, – spiker vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib.

Türkiyə bu üzvlüyə veto qoymamaq üçün Skandinaviya ölkələrindən terrorçuluqla mübarizədə Ankara ilə əməkdaşlıq etməyi tələb edib. Sonradan Finlandiya ilə bağlı müsbət nəticələr olsa da, hələlik İsveçin alyansa qoşulması prosesi davam edir. (modern)

Related Articles

Bir cavab yazın

Back to top button