Dünya

İraqda Müqtəda Sədrin tərəfdarları ilə müxaliflər arasında qarşıdurma yaranıb

Azər ayının 7-də İraqın Nəsiriyyə şəhərində Müqtəda Sədr tərəfdarları ilə İraq hökumətinə müxaliflər arasında qarşıdurma yaşanıb. Olay nəticəsində 6 nəfər ölüb, 60 nəfər isə yaralanıb.
Bildirək ki, Nasiriyyə şəhərində İraq dövlətinə müxaliflər, 1 ildir ki, cümə namazından sonra etiraz aksiyası keçirirlər.
Amma ötən gün Müqtəda Sədrin tərəfdarları da İraqın bəzi şəhərlərində fəsadlara etiraz etmək məqsədilə aksiya təşkil ediblər. Onlar aksiyadan sonra müxalifləri qovmaq üçün Nasiriyyə şəhərinin mərkəzi meydanına doğru hərəkət ediblər. Olayın şahidlərindən biri bildirib ki, qarşıdurma Müqtəda Sədrin tərəfdarlarının atəş açması, habelə etirazçıların çadırlarına yandırıcı bomblar atılması nəticəsində baş verib. Qeyd edək ki, Müqtəda Sədr İraqın ən böyük siyasi etilafının rəhbəridir. O, bir müddət əvvəl bəyan edib ki, onun rəhbərliyində olan hərəkat juən ayında keçirilməsi qərara alınmış parlıman seçkilərində kürsülərin əksəriyyətinə sahib olacaq. Bu ilin ordibehişt ayında İraqın baş nazirliyinə seçilmiş Mustafa Əlkazimi xalqın narazılıqlarını və demokrasi tərəfdarlarının istəyini nəzərə alaraq parlaman seçkiləri keçiriləcəyinə söz verib.
Əlkazimi Nasiriyyədə olmuş hadisələrlə ilgili olaraq Ziqar Əyalətinin polis rəisinin işdən qovulmasına göstəriş verib. Bildirib ki, silahın daşınmasına verilmiş mücəvvizləri ləğv edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button