İran

İraqın baş naziri sipahın Qüds qüvvələrinin komandiri ilə görüşüb

Sipahın Qüds Qüvvələrinin fərmandehi İsmayıl Qaani İraqın baş vəziri Mustafa əl-Kazeminin rəsmi dəvəti ilə Bağdada səfər edib və onunla görüşüb. Bu barədə Anadolu xəbər ajansı məlumat verib.
İndiyədək Əl-Kazemi və Qaani arasındakı görüşlə bağlı geniş bilgi verilməyib. İraqla İran məqamları da bu ikitərəfli görüşün ayrıntılarını açıqlamayıblar. Bildirək ki, 3 janviyə 2020-ci ildə Amerika pəhpadı Bağdad hava limanı yaxınlığında Sipahın Qüds Qüvvələrinin fərmandehi Qasım Süleymaninin maşınını hədəf alıb. Bu hücumda Qasım Süleymani, “Həşd əl-Şəəbi” yaraqlı qrupunun səhra fərmandehi Əbu Mehdi əl-Mühəndis və iraqlı silahlı qrupun bir neçə üzvü öldürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button