Dünyaİran

İraqın xarici işlər naziri: “Ölkəmizin daxili işlərinə qarışmaq qəbuledilməzdir”

İraqın xarici işlər naziri Fud Hüseyn İrana ölkəsinin iç işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edildiyini deyib.

İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib ki, rəsmi Tehran Bağdaddan heç vaxt eşitmədiyi sözləri eşidir və rəsmi Tehrana ölkəsinin iç işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edildiyini deyib.

O qeyd edib ki, İraq İrana əməkdaşlıq etmək fikrinin olduğunu, İranın bu ölkənin daxili işlərinə müdaxilə etməməsini istədiyini deyib.

Fuad Hüseynin sözlərinə görə, İraqın İranla münasibətləri artıq sükut mərhələsindən açıq danışmaq mərhələsinə keçib.

“İran dərk etməlidir ki, biz dost və qonşu olaraq qalmaqla əməkdaşlıq edəcəyik, lakin İranın ölkəmizin daxili işlərinə qarışmazı qəbuledilməzdir”, – deyə İraqın xarici işlər naziri fikrini tamamlayıb.

İraqın xarici işlər naziri İran İslam Respublikasının siyasi və ideoloji baxımdan Tehran rejimi ilə uzlaşan bir sıra İraq şiə qruplarına açıq və gizli dəstəyi və əlaqələrinə işarə edir.

Bəziləri qabaqcıl silahlarla təchiz edilmiş İraq şiə qrupları ilə Tehran hökumətinin əlaqələri Qasım Süleymaninin İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə komandanlığı dövründə möhkəmlənib və onun öldürülməsindən sonra iki il yarım davam edib.

İki ölkə arasında münasibətlər son aylarda İnqilab Keşikçiləri Korpusunun İraq Kürdüstanının bəzi bölgələrinə raket zərbələri endirməsindən sonra gərginləşib. Bağdad İran rəsmilərinin İsrailin kəşfiyyat xidməti olan Mossad-ın İraq Kürdüstanında mövcudluğu və təsiri ilə bağlı iddialarını rədd edib.

Related Articles

Bir cavab yazın

Back to top button