Azərbaycanİran

Azərbaycanlı qadın hicaba görə həbs edildi

Qəzvin şəhərində məcburi hicab qaydalarını pozduğuna və geyim tərzinə görə azərbaycanlı qadın həbs edilib.

Bu barədə İranın “Təsnim” xəbər agentliyi şəhərin prokurorluğuna istinadən məlumat yayıb.

Saxlanılan qadının Ərbəin günündə islami geyim qaydalarını pozduğuna görə cəzalandırıldığı bildirilib. Prokurorluğun məlumatında saxlanılan şəxsin kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyaları səngiyəndən sonra, xüsusən son aylar məcburi hicab qaydalarına riayət edilmədiyinə görə çox sayda şəxs həbs olunub, 3 minə yaxın iş yeri bağlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button