İran

İsfahanda müəllim məhkəmə binası qarşısında özünü yandırdı

İsfahan məhkəməsinin qərarına etiraz olaraq Əmin Kiyanpur adlı müəllim özünü Ədliyyə binasının qarşısında yandıraraq həyatına qəsd edib.

Kiyanpurun müəllim işləyərək 25 ilə topladığı pulla özünə aldığı mənzili tikən şirkət daha sonra onu başqa adama da satıb. İsfahan məhkəməsi isə cinayətkarları cəzalandırmaq yerinə, müəllimin evini əlindən alıb.

Bildirək ki, İranda tez-tez bir evin bir neçə adama satılması halları baş verir.

Ədalət prinsipindən uzaq qərarlar verən İran məhkəmələri isə haqlı tərəflərin deyil, cinayətkarların xeyrinə hökm çıxarır. Bu, ölkədə baş verən müxtəlif intihar səbəblərindən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button