![](https://www.aznews.tv/wp-content/uploads/2022/11/g-nc-edil-n-az-rbaycanl-g-nc-s-rb-st-burax-ld-qdan-sonra-intihar-780x470.jpg)
Əslən Ərdəbil əyalətinin Səreyin bölgəsindən olan və Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa zindandan buraxıldıqdan sonra intihar edərək həyatına son qoyub.
Noyabrın 12-də dəfn mərasimi keçirilən azərbaycanlı gəncin ailəsinə təzyiq göstərildiyi, yas mərasiminin məhdud və səssiz keçirilməsi barədə xəbərdarlıq edildiyi və mərasimin təhlükəsizlik məmurlarının nəzarəti altında keçirildiyi bildirilir.
Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
11 noyabrda intihar edən gəncin zindanda qarşılaşdığı davranış və işgəncələrdən dolayı sarsıntı keçirdiyi bildirilir.