Azərbaycan

Ceyhun Bayramov beynəlxalq türk akademiyasının prezidentilə görüşüb

Bu gün Azərbaycan cümhurisi Xarici İşlər vəziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademisinin prezidenti Darxan Kıdırali ilə görüşüb. Bu barədə Azərbaycan cümhurisinin Xarici İşlər vəzirliyindən bildirilib. Məlumata görə, Ceyhun Bayramov Beynəlxalq Türk Akademisinin fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlıq ilgilərinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Darxan Kıdırali bu səfərin nizami toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını, ancaq qələbəyə təsadüf etməsinin məmnunluq doğurduğunu bildirib. O, nizami əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatı alqışladığını və bu mövzuda Beynəlxalq Türk Akademisi adından təbriklərini ifadə edib. Darxan Kıdırali şəhidlərimizə dərin hüznlə rəhmət və yaralılara şəfa diləyib. Görüş zamanı tərəflər, habelə Türk Akademisinin gələcək tərhləri və əməkdaşlıq yönləri barədə fikir mübadiləsi aparıbla

Related Articles

Bir cavab yazın

Back to top button