Dünyaİran

​​İslam Respublikasının təhdidlərinə qarşı mübarizə üzrə İsrail və Almaniya arasında məsləhətləşmə olub

İsrailin yeni hökumətinin İranın təhdidləri ilə mübarizə aparmaq üçün bəzi ölkələrlə məsləhətləşmələrindən sonra, martın 16-da İsrailin baş naziri Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşüb və İranın atom bombası əldə etməsinin qarşısının alınması məsələsini müzakirə edib.

Almaniya kansleri Olaf Şults Berlində Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib: “İranın nüvə proqramı ətrafında münaqişə həll edilməli və İsrail İslam Respublikası tərəfindən təhdid edilməməlidir. İran real təhlükədir və bu səbəbdən Almaniya və digərləri İranın nüvə bombası əldə etməsinə mane olmağa çalışırlar”.

Benyamin Netanyahu da həmin mətbuat konfransında deyib: “İsrail İran rejiminin planlarına qarşı özünü müdafiə etmək üçün heç bir tədbirdən yayınmayacaq və terrorçuları göndərənlər bunun əvəzini ağır ödəyəcəklər”.

Cənab Netanyahu ayrıca bunu bəyan edib ki, İsrail lazım gələrsə, İranın nüvə obyektlərinə hücumdan çəkiməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button