Site icon Aznews TV

İsrail: Hizbullahın “Karish” qaz yatağına göndərdiyi dronlar İran istehsalı olub

“Hizbullah İran üçün fəaliyyət göstərir və onun silahları bu ölkədə istehsal olunur. İndi istər onu orada istehsal etsin və ya texnologiyasını əldə etsin. Livan Hizbullah qruplaşmasının ölkə ərazisində həyata keçirdiyi “İran təcavüzünün” qarşısının alınmasında məsuliyyət daşıyır”, – deyə Qants bildirib.

“İsrail öz mülkiyyətini necə qoruyacağını çox yaxşı bilir və Hizbullah da bilməlidir ki, onun İranın göstərişi ilə yerinə yetirdiyi missiya hər şeydən öncə Livan vətəndaşlarının maraqlarına zərər verəcək ölümcül missiyaya çevrilə bilər”.

Xatırladaq ki, İsrail Hizbullahın iyulun 2-də Aralıq dənizində yerləşən “Karish” qaz yatağını hədəf almaq üçün göndərdiyi 3 dronu aşkarlayaraq məhv edə bilib.

Exit mobile version