Bölgəİran

İsrail: Hizbullahın “Karish” qaz yatağına göndərdiyi dronlar İran istehsalı olub

İsrailin müdafiə naziri Beni Qants Livanın Hizbullah qruplaşmasının bu yaxınlarda İsrailin şimal sularında yerləşən "Karish" qaz yatağına doğru göndərdiyi dronların İran istehsalı olduğunu deyib.

“Hizbullah İran üçün fəaliyyət göstərir və onun silahları bu ölkədə istehsal olunur. İndi istər onu orada istehsal etsin və ya texnologiyasını əldə etsin. Livan Hizbullah qruplaşmasının ölkə ərazisində həyata keçirdiyi “İran təcavüzünün” qarşısının alınmasında məsuliyyət daşıyır”, – deyə Qants bildirib.

“İsrail öz mülkiyyətini necə qoruyacağını çox yaxşı bilir və Hizbullah da bilməlidir ki, onun İranın göstərişi ilə yerinə yetirdiyi missiya hər şeydən öncə Livan vətəndaşlarının maraqlarına zərər verəcək ölümcül missiyaya çevrilə bilər”.

Xatırladaq ki, İsrail Hizbullahın iyulun 2-də Aralıq dənizində yerləşən “Karish” qaz yatağını hədəf almaq üçün göndərdiyi 3 dronu aşkarlayaraq məhv edə bilib.

Related Articles

Bir cavab yazın

Back to top button