BölgəDünya

İsrail: “İran bizə hücum etmək üçün “İslami Cihad”a hər il on milyonlarla dollar verir”

İsrailin müdafiə naziri Benni Qantz yunan Kiprindən olan həmkarı Karlambos Petridis ilə Təl-Əvivdə görüşdən sonra keçirilən mətbuat konfransında İranla bağlı açıqlama verib.

O, İsrailə hücum etmək üçün İranın “İslami Cihad” təşkilatına hər il milyonlarla pul verdiyini deyib.

Benni Qantz bununla yanaşı Tehran hökumətinin İsrailin cənubundakı mülki mərkəzlərə hücumların təşkili üçün Qəzzada hərbi bazalar yaratmaq üçün texniki məlumatların ötürülməsinə də dəstək verdiyini söyləyib.

“İsrail ordusunun avqustun 5-də həyata keçirdiyi hücumlarda hədəfə aldığı Fələstin “İslami Cihad” qrupu İrana bağlıdır və bu qrup hər il Tehran hökumətindən on milyonlarla dollar maliyyə  yardımı alır”-deyə, Qantz mətbuat knfransında bildirib.

Müdafiə naziri “İslami Cihad” qrupunu İranın əlaltısı olan yırtıcı təşkilat adlandıraraq onun başçısının hər il dəfələrlə İrana səfər etdiyini və bu ölkənin rəhbəri ilə görüşdüyünü deyib.

Related Articles

Bir cavab yazın

Back to top button