Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İsrail: İran millətinin su böhranının həllinə kömək etməyə hazırıq

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Gilad Ardan, ölkəsinin su teknolojisi ilə İrana və Lubnana yardım etməyə hazır olduğunu elan edib.

O, çərşənbə günü BMT-nin Əmniyət Şurasının aylıq toplantısında Yaxın Şərqdən danışarkən deyib: “İranın bir çox bölgələri su böhranı ilə üz-üzədir, buna görə etirazçılar küçələrə axışıb, ancaq molla rejimi keçmişdə olduğu kimi bu etirazlara zorakılıq və qətllərlə cavab verib”.

Gilad Ardan, İran hökumətinin əməkdaşlıq etmək yerinə, bölgədə sabitliyi pozmaq istədiyini söyləyir.

Onun sözlərinə görə, İsrail su teknolojisi və onun idarə edilməsində dünyada qabaqcıldır və İran Lubnan və İsraillə düşmənçilik münasibətlərində olmasaydı, bölgə su qaynaqlarının idarə edilməsi baxımından daha yaxşı vəziyyətdə olacaqdı.

Ardan, İranı belə alanlarda əməkdaşlıq etmək yerinə, bölgədə sabitliyi pozmaq üçün atom silahı əldə etməkdə günahlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button