İran

İngiltərə: İsrail gəmisinə hücumda İran günahkardır

İngiltərə Xarici İşlər vəziri Hind oqyanusunda İsrail gəmisinə hücumda İranı təqsirli bilib.

İngiltərənin xarici işlər vəziri Dominik Rab yaydığı açıqlamada Hind oqyanusunda İsrail gəmisinə hücumda İranı günahlandırıb.

O bildirib: “İngiltərənin dəyərləndirməsinə görə, böyük ehtimal İran bir və ya bir neçə pəhpadla Oman dənizinin uluslararası sularda üzən “Mercer Street” gəmisini hədəf alıb”.

İngiltərə, Oman sahillərində ticarət gəmisinə qarşı həyata keçirdiyi və bir İngiltərə, eləcə də Romani vətəndaşının ölümü ilə nəticələnən bu qanunsuz və iyrənc hücumu pisləyir. Hesab edirik ki, bu hücum İran tərəfindən bilərəkdən törədilib və uluslararası hüququn açıq şəkildə pozulmasıdır”.

İran bu kimi hücumlara son qoymalı və gəmilərin uluslararası sularda azad hərəkətinə mane olmamasını vurğulayan Rab artırıb: “Bu qəbuledilməz hücuma birgə təpki vermək üçün uluslararası tərəfdaşlarımızla təmasdayıq”.

Related Articles

Bir cavab yazın

Back to top button