Azərbaycanİran

İsrail–İran qarşıdurması “Traktor”un baş məşqçisinin və oyunçusunun klubdan ayrılmalarına səbəb olub

Təbrizin "Traktor" futbol komandasının ispaniyalı baş məşqçisi Pako Xemez klubdan ayrılmağa qərar verib.

Qərar aprelin 13-dən 14-nə keçən gecə İranın İsrailə raket və PUA-larla hücumu və Təl-Əvivin buna cavab verəcəyi ehtimalından sonra verilib. Bu barədə “Traktor” klubunun baş direktoru Huşəng Nəsirzadə açıqlama verib.

İran mediası baş məşqçinin istefa səbəbini “Traktor”un son qarşılaşmada İsfahan təmsilçisi qarşısında 4:1 hesablı məğlubiyyəti ilə əlaqələndirməyə çalışsa da, Nəsirzadə bu iddiaları təkzib edib.

Klubun məsul şəxsi Pako Xemezin siyasi və təhlükəsizlik məsələlərinə görə istefasını tələb etdiyini söyləyib: “Xemez siyasi səbəblərə görə komandadan ayrılmaq qərarına gəlib. Ölkədə təhlükəsizlik problemi olmasa da, bəziləri bu barədə fərqli düşünürlər”.

Bununla yanaşı, “Traktor” komandasında oynayan braziliyalı Qustav Vaqnin də İranı tərk etmək qərarına gəlib. Huşəng Nəsirzadənin sözlərinə görə, Braziliyanın İrandakı səfirliyi futbolçudan ölkəni tərk etməsini istəyib

Related Articles

Bir cavab yazın

Back to top button