Dünyaİran

İsrail “Mercer Street” gəmisinə edilən hücumda İranı günahlandırdı və qəti cavab verilməsini istəyir

Oman sahillərində İsrail şirkətinin idarə etdiyi bir gəmiyə iki nəfərin ölümü ilə nəticələnən hücumun ardından, İsrailin xarici işlər vəziri Oman sahillərində gəmiyə edilən hücumda İranı günahlandırıb və bu saldırıya qəti cavab verilməsini istəyib.

İsrailin xarici işlər vəziri Yair Lapid cümə günü axşam Oman sahillərində İsrailə aid gəmiyə edilən hücuma kəskin təpki verilməsinə çağırış edib. O deyib: “İran təkcə İsrailin problemi deyil, həm də bütün dünyaya zərər verən teroru sadir edən bir ölkədir”.

O habelə vurğulayıb: “Gəmiçilik fəaliyyətinin azadlığına təsir edən İran teroru qarşısında susmamalıyıq”.

İsrailin bir rəsmi məqamı da cümə günü ölkə televizyonuna verdiyi açıqlamada “MT Mercer Street” gəmisinə hücumu İranın həyata keçirdiyini deyib.

İsrailin bir neçə telekanalı da ölkənin yüksək rəsmi məqamına istinadla, sözügedən gəmiyə hücumu “İranın teror saldırısı” adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button