Bölgəİran

İsrail: “Nüvə sazişinin bərpası regionun və dünyanın təhlükəsizliyini təhdid edəcək”

İsrailin BMT-dəki səfiri Gilad Erdan nüvə sazişinin mümkün canlanmasının qlobal təhlükəsizliyi təhdid etdiyi barədə xəbərdarlıq edərək, yalnız ağır sanksiyalar, diplomatik təcrid və etibarlı hərbi təhdidlərin birləşməsinin İranın nüvə silahı əldə etmək səylərini dayandıra biləcəyini vurğulayıb.

“İsrail öz təhlükəsizliyinə zərər vuran heç bir razılaşmaya əməl etmir. İran regionu və dünyanı təhdid edir və onun nüvələşdirilməsinin qarşısı alınmalıdır. Bu razılaşma regionun və dünyanın təhlükəsizliyinə zərər verəcək. Bu razılaşma hətta yeganə əsas məqsədinə, yəni İranın nüvə silahı əldə etməsinə mane ola bilməyəcək”-deyə, Gilad Erdan “CNN”-ə müsahibəsində bildirib.

O, İsrailin iranlı ayətullahlar tərəfindən açıqcasına məhv edilməklə bağlı təhdid edilən yeganə ölkə olduğunu deyib və bu səbəbdən nüvə texnologiyasına malik İranın İsrailə hər zaman təhdid olduğunu vurğulayıb.

“Yalnız ağır sanksiyalar, diplomatik təcrid və etibarlı hərbi təhdidlərin birləşməsi nəticəsində İran rejimi sağ qalmaqla təhlükəli və çılğın nüvə ambisiyaları arasında seçim etmək məcburiyyətində qalacaq. Bu baş verməsə, İsrail təhlükəsizliyimizi təhdid edən heç bir beynəlxalq müqaviləyə əməl etməyəcək”-deyə, Gilad Erdan qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button