Azərbaycanİran

Sürgünə göndərilən Əkbər Azad dindirilib

Divandərə şəhərinə sürgünə göndərilən güney azərbaycanlı milli fəal və ana dili hərəkatının tanınmış simalarından olan Əkbər Azad təhlükəsizlik məmurları tərəfindən bir neçə saat müddətinə sorğu-sual edilib.

Onun yaxınlarının verdiyi məlumata görə, fəal sürgün yerində qeydiyyata düşmək üçün iyulun 30-u səhər saat 09-da müraciət etsədə onu bir neçə saatlığına saxlayıblar.

Saxlanılması və dindirilməsinin qanunsuz olduğunu bildirən Əkbər Azad təhlükəsizlik məmurlarının suallarına yazılı və şifahı cavab verməkdən imtina etdiyi üçün onu axşam saat 19:30 dəqiqədə sərbəst buraxıblar.

Bundan əvvəl iyunun 11-də sürgünə göndərilən fəalın oğlunun ağır xəstə olduğu üçün müvəqqəti olaraq Tehrana qayıtmasına icazə verilmişdi.

Qeyd edək ki, 2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib.

Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button