Dünya

İsrail raket sistemlərinin sınağına başlayıb

İsrailin Difa Vəzirliyi İran və niyabəti qrupların hücumlarından müdafiə məqsədilə bir neçə raket sınağını həyata keçirib. Məlumata görə, sınaqlar uğurla baş tutub. Bildirilib ki, ölkənin çoxqatlı hava hücumundan difa sistemləri həmahəng və vahid şəkildə ilk dəfə sınaqdan keçirilib.
Manovrda qısa hədəfli raketləri məhv edə biləcək və uzun hədəfli raket izləmə sistemi ilə təchiz edilmiş hava hücumundan difa sistemi, illərdir Qəzzədən raket atəşinə qarşı istifadə edilən “Dəmir Günbəz” raket sistemi yoxlanışdan keçib.
İsrailin yüksək difa məqamı Moşe Patel bildirib ki, ölkənin hər üç hava hücumundan difa sistemi müxtəlif təhdidləri təsirsiz hala gətirmək, habelə raketlərin aşkarlanması və məhv edilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, İsrail İranın Qəzzədəki qüvvələri və Lübnanın “Hizbullah” niyabəti qüvvələrinin raket təhdidi altındadır.

Related Articles

Bir cavab yazın

Back to top button