Dünya

İsrail səfiri: İran İsfahan əkinçilərinin su müşkülünü həll etmək yerinə, terroru dəstəkləyir

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri İsrailin dünyada əkinçiliyin davamlı gəlişməsi ilə bağlı teknolojidən istifadə planına İran və Suriyanın qarşı çıxması ilə bağlı deyib ki, İran İsfahan əkinçilərinin su müşkülünü həll etmək yerinə, dünya terrorizminə dəstək çıxır.

Gilad Erdan habelə bildirib ki, İran və Suriya anti-yəhudi çıxış edərək, insan həyatını yaxşılaşdırmaqdansa, “nifrət dolu və alçaq siyasətlərə” üstünlük verib və İsrailin teknolojisindən dünyada əkinçiliyin dayanıqlı gəlişməsi üçün istifadə planının əleyhinə çıxıblar.

Xatırladaq ki, İsrailin sözügedən projəsi 140 muvafiq, Suriya olmaqla 1 muxalif və 34 bitərəf rəylə qəbul edilib.

Habelə İran rəyverməyə qatılmayıb və bir çox ərəb ölkələri, o cümlədən Ordon, Misir, Bəhreyn, İmarat və Sudan isə bitərəf rəy veriblər.

Related Articles

Bir cavab yazın

Back to top button