Dünya

İsrail və Britaniya xarici işlər vəzirləri: İranın atom dövlətinə çevrilməməsi üçün gecə-gündüz çalışacağıq

İsrail xarici işlər vəziri Yair Lapid İrana qarşı təhrimlərin davam etdirilməsi ilə bağlı Britaniya və Fransaya iki günlük səfərinə başlayaraq britaniyalı həmkarı ilə birgə qeyddə yazıblar: İranın atom ölkəsi olmaması üçün gecə-gündüz çalışacağıq.

Lapid noyabrın 28-də, Viyəndə atom danışıqlarının başlamasından bir gün öncə İranla bağlı Britaniya və Fransa yetkililəri ilə məsləhətləşmələr aparmaq üçün iki günlük səfərinin başlanğıcı olaraq Londona səfər edib.

Lapidin rəsmi səfərinin əsas hədəfi İran əleyhinə bank təhrimlərinin qüvvədə qalmasının təmin edilməsi yönündə Britaniya baş vəziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron ilə görüşmək olacaq.

İsrail xarici işlər vəziri Yair Lapid və onun britaniyalı həmkarı Liz Truss birgə görüşdə bildiriblər ki, noyabrın 29-da iki ölkə arasında ticarət və müdafiə alanında 10 illik anlaşma imzalanacaq. Bu anlaşma eyni zamanda İranın atom silahı əldə etməsinin qarşısının alınması yönündə öhdəilikləri də əhatə edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button