Dünya

İsrail və Türkiyə qaz kəmərinin tikintisini müzakirə edir

İsrail və Türkiyə Cənubi Avropaya Rusiya qazının tədarükünə alternativ olaraq İsrailin "Leviafan" yatağına qaz kəmərinin çəkilməsini müzakirə edirlər.

Bu barədə “Reuters” hər iki ölkənin hökumət və sənaye rəsmilərinə istinadən xəbər verir.

Məlumata görə, qaz kəmərinin marşrutu və iştirakçılarla bağlı qərarlar yaxın aylarda verilə bilər.

“Türkiyə-İsrail qaz kəməri Avropa üçün Rusiyanın enerji təchizatına alternativlərindən biri kimi pərdə arxasında müzakirə edilir, lakin istənilən razılaşmaya nail olmaq üçün mürəkkəb manevrlər tələb olunacaq”, – mənbələr bildiriblər.

Qeyd olunur ki, qaz kəmərinin uzunluğu 500-550 metr, qiyməti isə 1,5 mlrd. dollar təşkil edə bilər.

Xatırladaq ki, ilk dəfə bir neçə il əvvəl ortaya çıxan ideya Türkiyədən İsrailin ən böyük dəniz təbii qaz yatağı olan “Leviafan”a sualtı boru xəttinin çəkilməsini nəzərdə tuturdu. Qaz Türkiyəyə və daha sonra Rusiyadan idxalını diversifikasiya etmək istəyən Cənubi Avropadakı qonşu ölkələrə tədarük ediləcək. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button