Azərbaycan

Doğu Azərbaycan əyalətində koronavirusdan ölənlərin günlük sayı 25 nəfəri keçib

Doğu Azərbaycan əyalətində koronavirusdan vəfat edənlərin sayı gündəlik 25 nəfəri keçib.

Doğu Azərbaycan əyalətində koronavirusdan vəfat edənlərin sayı gündəlik 25 nəfəri keçib. Bu haqda Təbriz Tibb Elmləri Universitetinin başqan yardımçısı Abbasəli Dorosti bilgi verib. Onun sözlərinə görə, əyalət boyunca koronavirusa yoluxma da kəskin yüksəlib. Belə ki, indi sağlıq ocaqlarında müalicə alan Covid-19 mərizlərinin sayı 1800 nəfərdən çoxdur. Eləcə də, günlük 1000-1100 nəfərin virusa yoluxması qeydə alınır. Abbasəli Dorosti bildirib ki, koronavirusun ölkəni və əyaləti öz çənginə almasının bir səbəbi var, o da vaksinasyon prosesinin acınacaqlı şəkildə icra edilməsidir. Bildirək ki, İran hökumətinin yartımaz siyasəti və sağlıq alanına başçılıq edənlərin səriştəsizliyi nəticəsində ölkədə koronavirusla bağlı acınacaqlı durum hökm sürür. Bu məsələdə hökumətin Güney azərbaycanlılar, ərəblər, bəluçlar və başqa bu kimi millətlərin yaşadığı bölgələrə qarşı ayrı-seçkilik siyasəti və bunun nəticəsində mərizxanaların baxımsız durumda olması da öz rolunu oynayır. Nəticədə, insanlar hər gün koronavirusdan öz doğmalarını itirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button