Dünya

İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti BƏRPA OLUNDU

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.

Bu barədə səfirliyin məlumatında bildirilib.

“Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin məhkəmə islahatının təsdiqini azı yaya qədər dayandıracağını bəyan etməsindən sonra Ümumi Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə ümummilli tətilin başa çatdığını elan edib.

 

İsraildə davam edən etirazlar səbəbi ilə ölkənin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb.

Aznewstv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.

Məlumata görə, İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə əlaqədar İsrailin Tbilisidəki səfirliyi bu gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır.

Tətil dövründə konsulluq xidmətlərinin də göstərilməyəcəyi qeyd edilib.

Qeyd edək ki, İsraildə ötən gündən etibarən əhali Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz edir və bunun üçün keçirilən ümummilli nümayişdə iştirak edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button