Dünya

İsrailin Baş Naziri Co Baydenlə danışıqlar aparıb

İsrailin Baş vəziri Benyamin Netanyahu fevriyyənin 17-də Amerika Prezidenti Co Baydenlə danışıqlar aparıb. Tərəflər barış anlaşmasının gəlişməsi, İran təhlükəsi, koronavirusla mübarizə və başqa bölgəsəl məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Məsələ ilə bağlı İsrailin Baş vəzirinin dəftərxanası məlumat yayıb. Ölkə rəsmiləri İsraillə Amerika arasında möhkəm birliyin gücləndirilməsi məsələlərini də müzakirə ediblər.
“The Times of Israel” qəzetinin bilgilərinə görə, bu, Baydenin prezidentlik fəaliyyətinə başladığı andan İsrailin baş vəziri ilə birinci danışığı idi.

Related Articles

Bir cavab yazın

Back to top button