Azərbaycanİran

Şərqi Azərbaycanda inflyasiya səviyyəsi ölkə üzrə orta göstəricidən yüksəkdir

Şərqi Azərbaycan İdarəetmə və Planlaşdırma Təşkilatının başçısı Məhəmməd Fərşkaran əyalətdə inflyasiya səviyyəsinin ölkə üzrə orta göstəricidən yüksək və 3,5-5 faiz arasında dəyişdiyini deyib.

“Xidmət sektorunda cəmi 53%, kənd təsərrüfatında 7,6%, mədənçıxarmada 2,02% və sənayedə 36,4% əlavə dəyər əldə edilib və bununla da Şərqi Azərbaycan ölkə ortalamasın geri qalıb”-deyə, Fərşkaran bildirib.

O, Şərqi Azərbaycan əyalətinin əhalisinin payının 4,6 faiz olmalı olduğu halda, əyalətin adambaşına düşən gəlirinin və ÜDM-i bütün ölkənin ümumi daxili məhsulunun təxminən 3,25 faizini təşkil etdiyini deyib.

Məhəmməd Fərşkaran 2000-2020-ci illər arası Şərqi Azərbaycanın əksər makroiqtisadi göstəricilərində azalma tendensiyasının qeydə alındığını və əyalətdə ÜDM-də tədricən azalma müşahidə olunduğunu söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button