Dünya

İsrailin Baş naziri Zelenski və Putinlə danışıb

İsrailin baş naziri Naftali Bennet çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə danışıb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Zelenski “Twitter” hesabında İsrailin vasitəçilik səylərinə görə Bennettə təşəkkürünü bildirib. Prezident bildirib ki, İsrailin Baş naziri ilə müharibə və zorakılığa son qoymağın yollarını müzakirə ediblər.

Kremlin bəyanatında isə deyilir ki, Vladimir Putin Rusiya nümayəndə heyəti ilə Ukraynadan olan nümayəndələr arasında martın 7-də Belarusda keçirilən danışıqların üçüncü raundu ilə bağlı fikir mübadiləsi aparıb.

İsrail tərəfi isə telefon danışığı ilə bağlı heç bir açıqlama verməyib.

Bu arada NATO-nun müdafiə nazirləri martın 16-da videokonfrans vasitəsilə fövqəladə iclas keçirəcək.

Aznews tv xəbər verir ki, bu barədə çərşənbə axşamı NATO mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Çərşənbə günü, martın 16-da Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində planlaşdırılmamış iclas keçiriləcək. Nazirlər telekonfrans formatında danışıqlar aparacaqlar”, – deyə sənəddə qeyd edilib. İclasın mövzusu hələlik açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button