Azərbaycanİran

Görkəmli alim Məhəmməd Tağı Zehtabinin anım günüdür

Tanınmış Güney Azərbaycanlı tarixçi və alim Məhəmməd Tağı Zehtabinin anım günüdür.

Məhəmməd Tağı Zehtabi hələ gənc yaşlarından öz xalqının azadlığı və milli varlığı uğrunda mübarizə meydanına atılmış şəxslərdəndir.

Məhəmməd Tağı Zehtabi (Kirişçi) 1923-cü ilin oktyabrında Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsinin Çay küçəsində anadan olub.

Orta məktəbi Təbrizdə başa vuran M.Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dillərini mükəmməl öyrənib.
O, 1946-cı ildə Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk məzunlarından olub.

Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Sovet Azərbaycanına mühacirət edib və qısa müddət ərzində Azərbaycan tarixi, dili və ədəbiyyatına aid bir neçə kitab çap etdirib.

1979-cu ildə İranda Pəhləvi rejimi yıxıldıqdan sonra Vətəni Təbrizə qayıdan professor Zehtabi öz elmi tədqiqatlarını davam etdirib. Onun Azərbaycan tarixi haqqında yazdığı əsərlər bütöv Azərbaycan tarixşünaslığında yeni bir cığır açıb.
O, Təbrizdə Azərbaycan türkcəsi və Azərbaycan tarixi ilə bağlı bir neçə əsər yazıb, Azərbaycan dilinin tədrisi ilə bağlı geniş fəaliyyət göstərib.

Professor Zehtabinin “İran türklərinin əski tarixi” adlı çoxcildlik sanballı kitabından sonra “İslama qədərki İran türklərinin dili və ədəbiyyatı” kitabı sözün həqiqi mənasında Azərbaycan tarixinin qədim dövrünün tədqiqində yeni bir elmi mərhələdir.
Məhəmməd Tağı Zehtabi 23 sentyabr 1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılır.

Onun ölüm tarixi İranda təhlükəsizlik qurumları tərəfindən öldürülən onlarla ziyalı, yazıçı, syasi fəalın zəncirvari qətl hadisələri ilə eyni vaxtda təsadüf etdiyi üçün azərbaycanlı alimin ölümünün təbii olmadığı və təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyini ehtimali yüksəkdir.

Onun meyiti Şəbistərdə tək yaşadığı evdə bədənində və xüsusən boğazında qaraltı izləri aşkar edilib, onun boğularaq öldürüldüyü ehtimalı artıb.

Mərhum Zehtabinin adı Tehrana rejiminə müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.

Related Articles

Bir cavab yazın

Back to top button