İran

Tehranda elektrik enerjisinin kəsilməsi halları artıb

Tehran əyalətinin Vəramin bölgəsində elektrik enerjisi kəsildikdən iki gün sonra vilayət başçısı Möhsün Mənsuri burada ciddi elektrik çatışmazlığının yaşandığını deyib.

O, əyalətdə elektrik enerjisi istehlakının pik nöqtəsində 3000 meqabaytlıq kəsirin olduğunu bildirib.

Mənsuri bu barədə iyunun 10-da İRNA ajansına açıqlamasında iddia edib: “Biz bu il bu halın baş verməməsinə, elektrik enerjisi çox istehlak edilən sənaye müəssisələrini bağlamaq və bəzi sənaye mərkəzlərində iş növbələrini gündüzdən gecəyə dəyişdirməklə elektrik kəsilməsinin qarşısını almağa çalışırıq”.

Hazırda İranda elektrik enerjisinin kəsilməsi qış aylarında belə adi hala çevrilsə də, Tehranın əyalət başçısı işıqların kəsilməsinin qarşısını almaq üçün qəti söz verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button