İran

Jurnalistləri Müdafiə Komitəsi: “Son on gündə İranda 20 jurnalist həbs edilib”

İranda ümummilli etirazlar başlayandan bəri ən azı 20 jurnalistin həbs edilib. “Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Jurnalistləri Müdafiə Komitəsi açıqlama yayıb.

Sözügedən komitə İranda “Əxlaq” polisi tərəfindən Məhsa Əmininin öldürülməsindən sonra ümumxalq etirazları başlayandan bəri bu sahədə xəbərləri işıqlandırır.

“İran hakimiyyəti etirazları işıqlandırarkən həbs edilmiş bütün jurnalistləri dərhal və qeyd-şərtsiz azad etməli, habelə internetə çıxış məhdudiyyətlərini aradan qaldırmalıdır”-Komitənin yaydığı açıqlamada belə deyilir.

Bununla bağlı Sərhədsiz Reportyorlar Təşkilatı da bildirib ki, jurnalistləri hədəfə alaraq “WhatsApp” və İnstagram”a girişi məhdudlaşdırmaqla İran hakimiyyəti etirazları işıqlandırılmamaqla bağlı açıq mesaj göndərir.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərində Məhsa Əmininin ölümünə etirazların yayılması ilə bu ölkənin hakimiyyət orqanları bir çox bölgələrdə interneti kəsib, İnstagram və “WhatsApp” kimi sosial şəbəkələrə girişi bağlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button