Azərbaycan

Kəleybərdə sel və daşqınlar xəsarətlərə səbəb olub

Bu barədə Şərqi azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı məlumat verib.

Aprelin 29-da Şərqi Azərbaycan əyalətinin Kəlybər və çaroymaq mahallarında sel və daşqınlar kənd təsərrüfatı, evlər və yollara ciddi xəsarətlər vurub.

Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməbaqir Hünərbər mediaya verdiyi açıqlamada daşıqnların bir sıra yaşayış yerləri, yollar, körpülər və kənd təsərrüfatı, bağ sahələrinə xəsarətlər vurduğunu deyib.

Hələlik insan itkisi barədə məlumat daxil olmadığını deyən Hünərbər adı çəkilən bölgələrdə yaşayan əhaliyə xəbərdarlıq edərək onların çay yataqlarından uzaqlaşmalarını tövsiyə edib.

O, dəyən xəsarətin hesablanması üçün başçılıq etdiyi mərkəz tərəfindən hadisə yerinə mütəxəssislərin göndərildiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button