Bu barədə insan haqları fəalları məlumat yayıb.
Məlumata görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Mərdanəni “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşma və əlbir olmaq”da günahkandırıb.
Hökmə əsasən, 5 illik həbs müddətinin 2 ili şərti olaraq dayandırıldığına görə, fəal 3 il faktiki həbs cəzasını çəkəcək.
Bununla yanaşı Kərəm Mərdanənin həbsdən buraxıldıqdan sonra 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub və sosial hüquqlardan məhrum edilib.
Qeyd edək ki, Kərəm Mərdanə bu ilin 6 fevralında həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.
Onunla eyni vaxtda Əbduləziz Əzimi Qədim, Murtəza Pərvin, Hüseyn Piri, Bağır Hacızadə, Səid Camalzadə, Ayaz Seyfxah, Tahir Nəqəvi və başqa fəallar fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.
Onların bir çoxu barədə uzun illik həbs qərarları çıxarılıb.