İran

Kəskin hava şəraiti Ərdəbildə fəsadlara səbəb olub

Ərdəbildə güclü qar yağıb. Kəskin hava şəraiti səbəbindən ağaclar aşıb, elektrik və rabitə xəttləri yararsız hala düşüb. Ərdəbil Əyalətinin Hava və Böhranın Müdiriyyəti İdarəsinin hava şəraiti ilə bağlı bildiriş etməsinə baxmayaraq, ustanda lazımi tədbirlər görülməyib. Nəticədə külək iri gövdəli ağacları qoparıb və ərazidə elektrik enerjisinin verilişi dayanıb. Bundan başqa, güclü qar səbəbilə Bəsic, Pir Əbdül Məlik, Əliabad məhəllələri, Nadiri və Azadi şəhərciklərdə işıq fasilələrlə sönüb. Məsələ ilə ilgili Ərdəbil Əyaləti elektrikin Paylanması Şirkətinin amil müdiri açıqlama verib. Məlumata görə, qurum elektrik enerjisinin tezliklə bərqərarı üçün uyğun işlər görür.

Related Articles

Bir cavab yazın

Back to top button