BölgəİranSiyasət

Kərbəladakı İran konsulluğuna hücum zamanı 5 nəfər həlak olub

Bu gecə İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğuna etirzaçıların hücumu zamanı ən azı 5 nəfər həlak olub.

Aznews.tv xəbər verir ki, bundan əlavə hadisə zamanı yaralanlar da olub.

Daha əvvəl şahidlər etirazçıların konsulluğun giriş qapısını yandırdığını və diplomatik missiyanın təhlükəsizlik xidmətinin əməkdaşları ilə toqquşduğunu bildiriblər.

Məlumata əsasən, etirazçılar konsulluğa girdikdən sonra, İran bayrağını endirərək, yerinə İraq bayrağını qaldırıblar.

Qeyd edək ki, əsasən şiələrdən ibarət İraqın bir çox şəhərində ümumi etiraz elan edilib və əsas yollar bağlanıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button