Dünyaİran

Kanadanın İctimai Təhlükəsizlik naziri: “İranın yüksək vəzifəli şəxslərinin Kanadaya girişi rəsmən qadağan edilib”

Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçinon İslam Respublikasının yüksək vəzifəli şəxslərinin Kanadaya girişinin rəsmən qadağan edildiyini açıqlayıb.

Onun sözlərinə görə, Kanada İran İslam Respublikasını terrorizmlə məşğul olan və insan haqlarının sistematik və kobud şəkildə pozulması ilə məşğul olan hökumət hesab edir.

Mendiçino SEPAH tərəfindən Tehran səmasında vurulan Ukrayna təyyarəsi qurbanlarının ailələrinin öz hüquqlarını təmin etmək üçün göstərdikləri səylərə işarə edərək deyib:

“PS 752 uçağının ailələri adından qadınların hüquqlarını müdafiə etməyə və ədalət uğrunda mübarizəyə davam edəcəyik. Kanada bütün dünyada insan hüquqlarının çırağı olacaq”,-deyə, Kanadanın ictimai təhlükəsizlik naziri bildirib.

Kanadanın ictimai təhlükəsizlik nazirinin “İran hökumətinə qarşı indiyə qədər tətbiq edilən ən sərt sanksiyalar” kimi təsvir etdiyi son sanksiyalar Ottava hökumətinin İslam Respublikası rəsmilərini məsuliyyətə cəlb etmək səylərinin bir hissəsidir.

Eyni zamanda Kanadanın mühacir, qaçqınlar və vətəndaşlıq işləri naziri Şon Freyzer də oxşar bəyanatla çıxış edib.

“Bugünkü xəbərlə İran hökumətinin və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli məmurlarının Kanadaya daxil olmasına icazə verilmir. Onların hərəkətləri qınaq obyektidir və fikirlərinə Kanada cəmiyyətində yer yoxdur”,-deyə, Freyzer bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button