Dünya

Kanadanın Rusiyaya qarşı sanksiyaları “boş simvolizm jestidir” – Rusiyalı politoloqlardan AÇIQLAMA

“Kanadanın Rusiyaya qarşı sanksiyalarının növbəti mərhələsi Rusiya vətəndaşları və biznesləri üçün heç bir nəticəsi olmayacaq bir boş jestdir”.

Bu barədə Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bildirib.
Xatırladaq ki, Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib. Beləki, Rusiyadan olan 14 fiziki və 34 hüquqi şəxsə, o cümlədən “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edilib.
Məsələnin aktuallığını nəzərə alıb rusiyalı politoloqlarla müzakirə etdik.
İlk olaraq, siyaqi analitik Oleq Kuznetsovun fikirlərini öyrəndik. Siyasi analitikin fikrincə, indiyə qədər Rusiyaya müxtəlif xarakterli 5500-dən çox sanksiya tətbiq edilib. Bundan başqa 2000-dən çox böyük Avropa, Amerika və beynəlxalq şirkət Rusiyanı tərk edib.
“Bəli, bu, müvəqqəti narahatlıq yaradıb, lakin bundan sonra şirkətlərin əvəzinə onların çinli və hindistanlı rəqibləri gəlib iqtisadiyyatın və bu xidmət seqmentini doldurdular və hər şey bərpa olundu. Amma indi bu şirkətlər öz məhsullarının satışına görə böyük bir bölgəni itiriblər və bir daha Rusiya bazarına qayıtmayacaqlar. Üstəlik, Rusiyaya qarşı sanksiya təzyiqindən bütöv ölkələr itkilər verməyə başlayır”.
O.Kuznetsov bu çətinliklərlə qarşılaşan ölkələrdən nümunə də çəkib. O, bildirib ki, NATO-ya daxil olan Finlandiyanın vəziyyəti göz önündədir.
“Hazırda Rusiya bu ölkəyə elektrik enerjisi, taxta, neft vermir, Finlandiya kartonu, kağız, sellüloz və sellüloz-kağız sənayesinin digər məhsullarını almaqdan imtina edir. Həmçinin, kimya sənayesinin bütün məhsulları tamamilə bloklanıb: boyalar, yağlar, plastiklər. Proqnozlara görə 2023-cü ilin sonuna qədər bu ölkənin ümumi daxili məhsulunun həcmi 50% alacaq. Nəzərə alsaq ki, Rusiya Finlandiyanın xarici ticarətinin 1/3 hissəsini təmin edən Saimaa gəmiçilik kanalını bağladığı üçün  o məhsullarının Avropa bazarlarına ixracından ölkə böyük çətinliklərlə üzləşəcək. Bundan sonra ölkədə iqtisadi çöküş olmasa da, kəskin, sürətli yoxsullaşma baş verəcə”.
Politoloq Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün istifadə olunmayacağını bəyan edən Qazaxıstan respublikası haqqında da fikirlərini bölüşüb. O,bu məsələni Qazaxıstan rəhbərliyinin növbəti axmaq addımı kimi qiymətləndirib.
“Rusiyanın hələ də sanksiyalardan yan keçməsini təmin edən başqa tərəfdaşları var. Bu, ilk növbədə Qara dəniz-Aralıq dənizi regionunda Gürcüstan, Türkiyə, Tunis, Misir, Livandır. Uzaq Şərqi götürsək, Rusiyanın bu işdə əsl müttəfiqləri Vyetnam və Kambocadır. Sadiq, xarici iqtisadi tərəfdaşlar da Çin, Hindistan və Şri-Lankadır. Beynəlxalq iqtisadi sanksiyaların Rusiyaya daha ağır nəticələri gözlənilmir. Ağıllı ölkələr, o cümlədən Azərbaycan beynəlxalq əməkdaşlığı və qarşılıqlı iqtisadi maraqlara əsaslanan beynəlxalq iqtisadi münasibətləri daha da inkişaf etdirmək üçün Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirir”.
Siyasi analitik Sergey Stankeviç də Rusiya ilə bağlı vəziyyəti şərh edib. Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən “sanksiyaların”, birtərəfli siyasi motivli məhdudiyyətlərin mənbələri özlərini “demokratiya koalisiyası” elan etmiş ölkələr qrupudur.
“Bunlar əsasən ABŞ, Avropa Birliyi və Böyük Britaniya və ya Yaponiya kimi bəzi iqtisadi əhəmiyyətli ölkələrdir. Maksimum sayda ölkəni ya sanksiyalar cəbhəsinə qoşulmağa, ya da sanksiyalardan yan keçməyə kömək etməməyə məcbur etməyə cəhdlər edilir.
Rusiya iqtisadiyyatı genişmiqyaslı sanksiya müharibəsinin birinci ilində sağ çıxmaqla demək olar ki, bütün ekspertləri təəccübləndirdi. Xüsusilə həssas olanlar: maliyyə (qızıl ehtiyatlarının dondurulması, bankların SWIFT-dən çıxarılması, sistemli bankların blokadası); enerji (Rusiya neft və qazının Avropadan çıxarılması) və logistik sanksiyalardır (hava nəqliyyatının dayandırılması, bütün digərlərinin məhdudlaşdırılması).
Bəzən sanksiyaların sonradan daha çox ziyan vuracağı və daha uzun sürəcəyi haqqında fikirlər səsləndirilir. Bu doğru deyil. Əksinə, sanksiyaların ilkin şok təsiri maksimum olub. Sonra tədricən uyğunlaşma gedib. Rusiya Federasiyasının iqtisadiyyatı Avrasiyaya və bütövlükdə qeyri-Qərb dünyasına doğru yenidən qurulur.
Yeni məhdudiyyətlər onların təşəbbüskarlarına daha çox ziyan vurur. “Demokratiya koalisiyasının” gələcək fəaliyyəti Rusiyaya qarşı mübarizə cəbhəsini genişləndirmək, ona yeni ölkələri cəlb etmək cəhdlərindən ibarət olacaq. Həm də sanksiyaları örtmək üçün onları aşmaq üçün “boşluqlar” axtarır. Bu səylərin nəzərəçarpacaq nəticə verməsi ehtimalı azdır. Və şübhəsiz ki, onların siyasi təsiri olmayacaq”.
Politoloq həmçinin qeyd edib ki, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri Rusiyaya qarşı sanksiyalar cəbhəsində iştirak etmir.
“Onların mövqeyi hüquqi cəhətdən təsdiqlənir. Onlar məqsədyönlü şəkildə sanksiyalardan yan keçmək üçün kanallar yaradan hökumət qərarları qəbul etmirlər. Eyni zamanda, Mərkəzi Asiyada özəl şirkətlərə Rusiya bazarında boşluqlar dolduraraq ticarət əməliyyatları aparmağı heç kim qadağan etmir. Məsələn, Qazaxıstan yüz minlərlə paltaryuyan maşın və digər məişət texnikasının tədarükü üzrə çempion olub.
Sanksiyaların heç bir ciddi nəticəsi olmayacaq. Amma 3-4 il müddətində inkişafda ləngimə yaradacaq. Sonradan vəziyyət yaxşılaşacaq və Rusiya iqtisadiyyatının artım tempi bərpa olunacaq”.
Nurlana Hacıyeva

Related Articles

Bir cavab yazın

Back to top button