İran

İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

İranda son 24 saatda 79 nəfər koronavirusun qurbanı olub. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari bilgi verib. Bununla da ölkədə virusdan ölənlərin sayı 58 189 nəfərə çatıb.
Vəzirlik rəsmisi bildirib ki, ötən bir gündə koronavirusa yoluxanların sayı isə 6 870 nəfər artıb. Beləliklə, pandemi ərzində mərizliyə tutulanların ümumi sayı 1 438 286 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 838 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.
Sima Sadat Larinin sözlərinə görə, İranda indiyədək 1 229 391 nəfər virusdan müalicə olunaraq sağalıb. Ümumilikdə 9,44 milyondan çox test həyata keçirilib.
Rəsmi məlumata əsasən, İranın 18 şəhristanı narıncı, 124 şəhristanı sarı, 306 şəhristanı isə mavi məntəqə hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button