Azərbaycan

“Karabakh is Azerbaijan!” Şüarının təbliğ olunmasi ilə bağlı kampaniyaya başladı

“Azərbaycan Diaspor Könüllüləri”nin təşəbbüsü ilə formalaşmış “Karabakh is Azerbaijan!” milli platformasının beynəlxalq qanadı yaradılıb və xarici ölkələrin gəncləri arasında “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib.
“Karabakh is Azerbaijan” “YouTube” kanalında yayımlanan videoçarxda Türkiyə, Çad, Hindistan, Qazaxıstan, Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər öz doğma dillərində “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Onlar həm də Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar. Layihənin digər ölkə gəncləri ilə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə “Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi” mövzusunda keçirilən videogörüşdə də “Karabakh is Azerbaijan!” platformasında birləşən gənclərin, diaspor könüllülərinin, azərbaycanlı diaspor gənclərinin gördükləri iş müsbət qiymətləndirilib.
Xatırladaq ki, “Karabakh is Azerbaijan!” Milli Platforması Azərbaycan Diaspor Könüllüləri tərəfindən yaradılıb. Hazırda platformanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində o cümlədən, həm ölkə, həm də dünyada yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi üzərində ardıcıl işlər aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button