Dünya

Kataloniyada parlament seçkiləri keçirilib

İspaniyanın Kataloniya muxtariyyətində parlıman seçkiləri keçirilib. Rəyvermənin nəticələrinə əsasən, seçkilərdə istiqlalçı siyasi hizblər qalib gəlib. Belə ki, Kataloniyanın Sosialist Hizbi – PSC rəylərin yüzdə 23-nü qazanıb. Solçu Katalan Cümhuriyyətçi Hizbi- ERC isə rəylərin yüzdə 21-ni qazanaraq seçkilərdə ikinci yerə çıxıb.
2017-ci il üzrə keçirilmiş seçkilərdə 36 nümayəndə ilə birinci hizb olmuş Vətəndaş Liberal Hizbinin bu dəfə nümayəndə sayı 6 nəfərə enib.
Qeyd edək ki, 2018-ci ildən bəri bölgəsəl hökumətə başçılıq edən Kim Torranın vəzifəsini itirməsindən sonra seçkilərin keçirilməsinə qərar verililib.
Bölgədə yaşayan təqribən 5,5 milyon insan rəyvermədə iştirak edib. Kataloniya sakinləri muxtar parlımanına namizədlər arasından 135 üzv seçiblər.

Related Articles

Bir cavab yazın

Back to top button