Dünya

TÜRKİYƏLİ MƏQAMDAN İDLİBLƏ BAĞLI MARAQLI PAYLAŞIM

Türkiyə Prezident Dəftərinin sözçüsü “Twitter” hesabında “İdlib Türkiyə üçün niyə əhəmiyyətlidir” başlıqlı məlumat paylaşılıb.
“Dinc sakinlərin qorunması, mühacir axının dayandırılması və terrorla mübarizədə böyük uğurlara imza atan Türkiyə İdlibin daimi əmn bir bölgəyə çevrilməsində açar ölkə olaraq təşəbbüslərini davam etdirir” – deyə vurğulanan paylaşımda İdliblə bağlı video da yer alıb.
Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi nizami əməliyyatların görüntülərinin yer aldığı videoda bu ölkənin Suriyada vətəndaş müharibəsinin həll edilməsi gedişində önəmli rol oynadığı vurğulanıb.
Paylaşımda, Türkiyənin dünyada ən çox qaçqına ev sahibliyi etdiyi bildirilib.
Türkiyənin bölgədə hərbi gücünü artırmaq və Əsəd rejiminin hücumlarına cavab verməkdən başqa yolunun olmadığının qeyd edildiği videoda “Türkiyə həyata keçirdiyi nizami əməliyyatlar ilə İdlibin cənubundan və şərqindən keçən M4 və M5 otomobil yollarının şimal və qərbində yerləşən ərazilərdə əmniyyəti tam olaraq təmin edib. Türkiyədəki suriyalı mühacirlər ,Türkiyənin yaratdığı əmniyyəti ərazilər səbəbindən yenidən evlərinə dönməyə başlayıb. Başqa tərəfdən Rusiya ilə müzakirə edərək Əsəd rejimi tərəfindən dinc əhalinin qətliamını dayandıran Türkiyə yeni bir insansevər böhranın yaranmasının da qarşısını aldı.”, – deyə bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button