İran

Keçmiş baş nazir: “İran konstitusiyası dəyişdirilsin”

İranın siyasi strukturunda aparılan islahatlar səmərəsizdir. Konstitusiyada dəyişiklik edilməlidir.

Bu sözləri İranın keçmiş baş naziri Mirhüseyn Musəvi “Kəlmə” xəbər saytına verdiyi müsahibəsində deyib.

Musəvi islahatlardan və konstitusiyanın icrasından məyus olduğunu bildirib:

“Mövcud sistemin dəyişdirilməsi və ya əsaslı şəkildə yenilənməsi xalqın hüquqlarından biridir. İran fundamental transformasiyaya hazırdır”.

O, azad referendum keçirilməsini və Müəssislər Məclisinin formalaşdırılmasının vacibliyini qeyd edib və bu prosesdə bütün xalq nümayəndələrinin iştirakının lazım oldugunu vurğulayıb.

Qeyd edək ki, Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və İran parlamentinin keçmiş başçısı Mehdi Kərrubi 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı ölkədə keçirilmiş kütləvi etirazlardan az sonra tutulublar.

Həmin seçkilərdə Musəvi və Kərrubi prezidentliyə əsas namizədlərdən olublar.

İranın dini lideri Əli Xameneyinin seçki saxtakarlığına etiraz bildirən hər üç şəxs, mühakimə olunmadan və barələrində hər hansı bir həbs qərarı çıxarılmadan, 2011-ci ilin fevral ayından ETTELAAT-ın birbaşa nəzarəti altında ev dustaqlığında saxlanılırlar.

İran hökumətinə müxalif təşkilatlar Mirhüseyn Musəvinin 1988-ci ildə baş nazirliyi dövründə İran zindanlarında siyasi məhbusların kütləvi edamına göz yumduğunu deyir, onun da başqa məsul şəxslər kimi törədilən cinayətlərə görə məsuliyyət daşıdığını bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button