İdman

Kike Setyen yenidən “Barselona”nın baş məşqçisi olmaq istəyir

İspaniyanın “Barselona” klubunun sabiq baş məşqçsii Kike Setyen yenidən bu komandada işləmək istəyir.

62 yaşlı mütəxəssis bu barədə “Marca” nəşrinə açıqlamasında bildirib.

İspaniyalı baş məşqçi futbolçularla münasibətinin yaxşı olduğunu söyləyib: “Bizim pis xatirələrimiz də var. Bu, qeyri-adi təcrübədir. Bu dəfə istədiyimiz qədər ləzzət almadıq, gözlənilən qədər çətinlik çəkdik. Ancaq “Barselona”ya qayıtmaq istəyərdim, klubda işləməkdən heç vaxt peşman olmadım”.

Qeyd edək ki, Kike Setyen 2020-ci ilin yanvarında baş məşqçi təyin edilib və avqustda istefaya göndərilib. Onu niderlandlı Ronald Kuman əvəzləyib.

Related Articles

Bir cavab yazın

Back to top button